Ərəb dünyası Ermənistanın məlum təşəbbüsünü alqışlayır
Ərəb Liqasının baş katibi Ermənistanın Fələstini tanımaq qərarından məmnun qalıb
Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeys Ermənistanın Fələstin Dövlətini tanımasını “bu dost ölkənin tarixin sağ tərəfində olduğunu göstərən cəsarətli qərar” kimi qiymətləndirib.
Liqanın baş katibinin rəsmi sözçüsü Camal Rüşdi bildirib ki, Fələstin dövlətçiliyinin beynəlxalq ictimaiyyət arasında tanınmasının genişləndirilməsi işğalın davam etməsinin qeyri-mümkün olduğuna dair artan inamın növbəti sübutudur.
Onun sözlərinə görə, bu tanınma 1967-ci il iyunun 4-də Fələstin dövlətinin yaradılması istiqamətində mühüm addımdır.
Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın ofisi də Fələstin dövlətinin tanınmasına görə Ermənistana təşəkkür edib və deyib ki, bu addım beynəlxalq iradə və legitimliyi qoruyan strateji seçimdir.
Həmçinin Fələstin Milli Administrasiyası Ermənistana “mühüm qərara görə” təşəkkür edərək, bunu ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də regionda sülh və sabitliyin bərqərar olması üçün mühüm addım adlandırıb.