Təl-Əvivdə partlayış baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412359-təl_Əvivdə_partlayış_baş_verib
İnformasiya qaynaqları Təl-Əvivdə bomba qoyulmuş avtomobilin partlamasından xəbər veriblər.
(last modified 2024-06-28T10:45:06+00:00 )
İyun 28, 2024 14:36 Asia/Baku
  • Təl-Əvivdə partlayış baş verib

İnformasiya qaynaqları Təl-Əvivdə bomba qoyulmuş avtomobilin partlamasından xəbər veriblər.

Sionist medialar partlayışın Təl-Əvivin şimalında yerləşən «Herzliya» şəhərində baş verdiyini bildiriblər.

Bəzi mənbələr də bildiriblər ki, partlayışda bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıbdır.

Hələlik partlayış amili barədə informasiya və ya artıq detallar yayılmayıbdır.

Bir neçə gün bundan qabaq da informasiya mənbələri işğal olunmuş Fələstin ərazilərində yerləşən Təl-Əvivin cənubunda bir partlayışın baş verdiyini xəbər vermişdilər.

Sionist rejimin on ikinci telekanalı da bildiribdir ki, partlayış  Təl-Əvivin cənubunda yerləşən «Rehufut» qəsəbəsində baş verib.

Bu sionist medianın verdiyi məlumata görə, partlayışda yaralananlar Kablan xəstəxanasına köçürülüblər.