İyul 31, 2024 17:35 Asia/Baku
  • İsmayıl Həniyyənin oğlu: Atam istəyinə çatdı və müqavimət davam edir

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin böyük oğlu Əbdül Salam Həniyyə atasının şəhid olmasına ilk reaksiyada deyib:

“Atam istəynə çatdı. Biz bir inqilab və düşmənə qarşı davamlı mübarizə içindəyik və Fələstin xalqının müqaviməti liderlərinin şəhadəti ilə bitməyəcək. Onun və digər şəhidlərin qanı, qələbə əldə olunana qədər milləti, müqaviməti və inqilabı yenidən dirildəcək”.Əbdül Salam Həniyyə şəhid atasının İsrail hücumlarında həlak olan ailə üzvlərinə yas tutduğu zaman söylədiklərini təkrar edərək, əlavə edib: “Atamın qanı Qəzzədə şəhid olan uşaqların, kişilərin və qadınların qanından qiymətli deyil. Biz onun şəhidlik xəbərini almağa hazırlaşmışdıq, çünki bir liderlərin  yolunun sonu ya qələbə ya da şəhidlikdir”. “Atam şəhadətininyaxınlaşdığını hiss edirdi və hər gün bizə deyirdi ki, alacağınız hər hansı bir xəbər üçün hazər olun. Biz onunla fəxr edirik", - deyə Həniyyənin oğlu Əbdül Salam qeyd edib

Teqlər