Amerika nəşri xunta rejiminin səhvindən bəhs edən məqalə dərc edib
İsrail rejiminin müqavimət qrupları ilə bağlı ən böyük səhvi odur ki, bu qrupların dayanıqlılığını hesablamayıb.
Sionistlərin cinayətləri davam edərkən və onlar Qəzzə və Livanda müqaviməti aradan qaldırmağa çalışdıqlarını iddia etdikləri zaman Amerikanın “Foreign Affairs” jurnalı yazıb: “İsrail ordusu Qəzzə və Livana qarşı şiddətli hücumlarını davam etdirsə də, müqavimət mehvərini tamamilə məhv edə bilmir”.
Nəşrin bildirdiyinə görə, İsrail bundan sonra da HƏMAS və Hizbullah kimi qrupların məhv edilməsində çətinliklə üzləşəcək və onun hərtərəfli müharibəsi qısamüddətli iddia edilən taktiki qələbələrdən başqa heç nə əldə etməyəcək.
Əslində Müqavimətin nə qədər möhkəm olmasının bir neçə səbəbi var:
Amerika nəşrinin də etiraf etdiyi ən mühüm səbəblərdən biri Müqavimət mehvərinin cəmiyyətdə kök salması və çevikliyini dəfələrlə göstərməsidir. Bu səbəbdən də onları məhv etmək praktiki olaraq mümkün deyil.
Müqavimət qruplarının dayanıqlığının digər mühüm səbəbi bu qrupların rəhbərləri və üzvlərinin iman və dini inanclarının möhkəmliyi ilə bağlıdır. Müqavimət qruplarının rəhbərləri və üzvləri nəinki ölümdən qorxmurlar, əksinə, din və vətən yolunda şəhid olmağı özləri üçün şərəf hesab edirlər. Bu məsələ həm də onların sionist rejiminin misilsiz cinayətləri qarşısında üstünlüyünün və müqavimətinin amillərindən biridir. Ona görə də, Livanda HƏMAS və Hizbullahın tanınmış liderlərinin şəhadəti bu qrupların dağılmasına səbəb olmadı.
Bu səbəblərin məcmusu sionist rejimin cinayətləri qarşısında müqavimət qruplarının yüksək əhval-ruhiyyəyə malik olmasının səbəbidir.