Dek 01, 2024 12:16 Asia/Baku
  • Qəzzə zolağında jurnalist şəhidlərin sayı 191 nəfərə çatıb

Fələstin hökumətinin informasiya ofisi Qəzzə zolağında soyqırım müharibəsinin başlanmasından bəri şəhid edilmiş jurnalistlərin sayının 191 nəfərə çatdığını bildirib.

Fələstin hökumətinin informasiya ofisi qeyd edibdir ki, Əl-Əqsa peyk kanalının müxbiri və katibi Məmduh İbrahim Qunəytə şənbə günü Qəzzə şəhərinin Əlmuəmdani bölgəsinin ətrafında şəhid edilib.

Fələstinli jurnalistlərə qarşı hücum, terror və qətlləri kəskin tərzdə pisləyən bu fələstinli orqan sionist rejimin həmin cinayətlərdə tam məsuliyyət daşıdığını vurğulayıb.

Sözügedən fələstinli jurnalist sionist rejimin bir kvadokopterinin atəşi nəticəsində Qəzzə şəhərinin Əlmuəmdani xəstəxanasının ətrafında şəhid edilib.

Teqlər