Washinqton Post:
Ənsarullahı dayandırmaq üçün he, bir yol yoxdur
Sen 19, 2026 14:13 Asia/Baku
“Washinqton Post” qəzeti “Yəmən Ənsarullahı niyə illərlə davam edən müharibə ərzində daha da güclənib?”
başlıqlı məqaləsində yazıb ki, son on il ərzində müxtəlif dönəmlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Britaniya və İsrail rejimi Yəmənin Ənsarullah qüvvələrinə qarşı ağır hava hücumları həyata keçiriblər, lakin bu hücumların nəticəsi yalnız həmin qüvvələrin daha da güclənməsi oldu.Qəzet əlavə edib ki, hazırda Ənsarullah qüvvələri mühüm dəniz keçidinə doğru irəliləyiblər, Səudiyyə Ərəbistanının neft obyektlərini hədəfə alırlar və qlobal bazarlara təsir göstərirlər. Bununla yanaşı, onları dayandırmaq üçün əvvəllər sınaqdan keçirilməmiş hər hansı bir variant artıq qalmayıb.