Yəmən Ərəbistana xəbərdarlıq etdi:
Səudiyyənin cinayətlərini maliyyələşdirən mərkəzlər cavab zərbələrinə məruz qalacaq
Yəmən Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına mülki əhaliyə və qeyri-hərbi infrastruktura hücumların davam etdirilməsi barədə xəbərdar edərək, bildirib ki, Yəmən ordusu Ər-Riyadın təcavüzlərinə və bu cinayətləri maliyyələşdirən mərkəzlərə ağrılı cavab verəcək.
Yəmən Xarici İşlər Nazirliyi bir bəyanatında vurğulayıb ki, Səudiyyə Ərəbistanının Yəmən vətəndaşlarına və mülki infrastruktura hücumlarını şiddətləndirməsi, həm bu ölkəyə, həm də onun cinayətlərini maliyyələşdirən mərkəzlərə qarşı ağır cavablarla qarşılaşacaq.Nazirlik Yəmən xalqının tələblərinin qanuni və müzakirə olunmaz hüquqlar olduğunu bildirərək, Yəmən xalqının öz tələblərindən geri çəkilməyəcəyini bəyan edib.Bu xəbərdarlıq elə bir haldadır ki, Səudiyyə Ərəbistanı Yəmənin mülki bölgələrinə və infrastrukturuna hücumlarını davam etdirir və Yəmən ordusunun əməliyyatları qarşısında uğursuzluğna baxmayaraq, hərbi addımlarına israr edir.