May 27, 2015 12:46 Asia/Baku
  • İsrail rejimi Qəzzəyə havadan zərbələr endirib
    İsrail rejimi Qəzzəyə havadan zərbələr endirib

Fələstinli şahidlər bildiriblər ki, sionist rejimin hava qüvvələri bu gün səhər Qəzzə zolağına qarşı 4 hava hücumu keçiriblər.

Səhər-in Frans Press-ə istinadlı məlumatına görə, hadisə şahidləri bu xəbəri verərək, əlavə ediblər ki, sionist rejimin qırıcıları İslami Cihad Hərəkatının Qəzzə, Xan Yunus və Rəfəhdəki təlim kazarmalarını hədəfə alıblar.
İndiyədək bu hücumların tələfatı haqda məlumat verilməyib.
İsrail rejimi iddia edib ki, Qəzzə zolağından işğal olunmuş Fələstin ərazilərinə raket atılmasına cavab olaraq, fələstinlilərin Qəzzənin cənubundakı 4 infrastruktur mövqeyi hədəfə alınıb.
İsrail ordusunun sözçüsü polkovnik Piter Liner bir bəyanatda əlavə edib: İsrailə hücum üçün bir baza kimi Həmas-ın nəzarəti altında olan məntəqələrdən istifadə qəbuledilməz bir məsələdir və bunu görməməzliyə vurmaq olmaz.
Həmas işğal olunmuş Fələstin ərazilərinə raket atılmasının məsuliyyətini üzərinə götürməyib.

Teqlər