Ərəbistanın Yəmənə təcavüzləri davam edir
May 31, 2015 10:23 Asia/Baku
Yəmənin müxtəlif məntəqələri hələ də Ərəbistan qırıcılarının hücumlarına məruz qalır.
Beynəlxalq Səhər Kanalının Yəmən informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrinin bombardman edilməsinin davamında şənbə günü əl-Hədidə vilayətində bir dövlət binasını hədəfə alıblar. Nəticədə bir neçə sivil həyatını itirib. Yəmənin əl-Məsirə informsiya kanalı da bildirir ki, Ərəbistan qırıcıları Səədə vilayətində, Razə məntəqəsində bir qazdoldurma məntəqəsini hədəfə alıblar. Bu məlumatda deyilir: Ərəbistanın kəşfiyyat təyyarələri Yəmən ilə sərhəd məntəqələr üzərində geniş uçuşlar həyata keçirirlər.Bu məlumatda həmçinin deyilir: Şənbə günü Ərəbistan qırıcılarının Sədə vilayətində yerləşən Bəqə məntəqəsinə olan hücumlarında bir neçə nəfər həlak olub.
Bu arada Yəmənin Ənsarullah xalq hərəkatı və onun müttəfiqləri Şəbuh vilayətində mühüm bir şəhərə nəzarəti təmin etməyi bacarıblar. Bu barədə PressTV məlumat verib.
Başqa bir məlumata görə, Yəmənin cənubunda, Əbyən vilayətində bir silah anbarının yaxınlığında törədilən partlayış nəticəsində xalq qüvvələrindən olan 12 nəfər həlak olub.