İyun 06, 2015 10:31 Asia/Baku
  • İraqda terrorçulara qarşı əməliyyatlar davam edir
    İraqda terrorçulara qarşı əməliyyatlar davam edir

İraqın Bədr Təşkilatının baş katibi əl-Anbar vilayətinin Ər-Rəmadi şəhərinin şimalında yerləşən Nazim əl-Sərsar bölgəsinin İŞİD terror qruplaşmasından tam təmizləndiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsələ xəbər portalına istinadla verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyi də əl-Anbarın şərqində əl-Fəhilat, əl-Budeic və Həsibə bölgələrində İŞİD terrorçularının mövqelərinin atəşə tutulduğunu bildirib.
İraq ordusu qırıcı təyyarələrinin əl-Anbarın əl-Məlahəmə bölgəsində İŞİD terrorçularının mövqelərinə hücumunda 25 terrorçu da öldürülüb.
Həmçinin İraq ordusu və xalq könüllü qüvvələri Səlahəddin vilayətinin Samirra şəhərində İŞİD terrorçularının 5 bazasını məhv edib və 65 terrorçunu öldürüblər.
Başqa bir məlumata görə, İraq parlamentində təhlükəsizlik və müdafiə komissiyasının üzvü Macid əl-Qəravi deyib: Xalq könüllü qüvvələrinin komandirləri əl-Anbar və Səlahəddin vilayətlərinin İŞİD-in işğalından azad olunması üçün hərbi planların hazırlanmasında əsaslı rola malik olublar.

Teqlər