İraqın qərbində onlarla İŞİD-çi öldürülüb
İyun 06, 2015 14:11 Asia/Baku
İraq ordusu bu ölkənin qərbində irəliləyişlər edərək, onlarla İŞİD terror qruplaşmasının ünsürünü öldürübdür.
Səhər Beynəlxalq Televiziyasının İraqın əl-Məsələ xəbər portalına istinadla verdiyi məluamta görə, İraq ordusu qüvvələri xalq könüllü qüvvələri ilə birlikdə cümə günü əl-Anbar vilayətinin Fəllucə və əl-Nəbai bölgələrində irəliləyib və 36 terrorçunu, o cümlədən iki səudiyyəli snayperi öldürüblər.Babil Vilayət Şurasının üzvü Hüseyn Fədəmin dediyinə görə, İraq qüvvələri əl-Anbarda irəliləyişlər əldə edərək, əl-Anbar vilayətinin idman kompleksi və universitetinə nəzarəti tam şəkildə ələ keçiriblər. Rəmadi şəhərində terrorçuların vəziyyəti ağırdır və onlar bu şəhərdən çıxmağa çalışırlar.