İyun 09, 2015 12:27 Asia/Baku
  • Qılıçdaroğlu qapıları AKP ilə koalisiyaya bağladı
    Qılıçdaroğlu qapıları AKP ilə koalisiyaya bağladı

Türkiyənin Zaman qəzeti yazıb: CHP sədri ötən gün etdiyi çıxışında qapıları AKP ilə koalisiyanın üzünə bağladı.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, Kamal Qılıçdaroğlu bazar ertəsi günü Türkiyə xalqının partiyalar arasında sazişi istədiyini bildərərək təklif edib ki, koalisiya hökuməti Ədalət və İnkişaf Partiyasının iştirakı olmadan təşkil olunsun.
CHP sədri bu sözlərlə CHP, MHP və HDP-nin iştirakı və yaxud bu üç partiyadan birinin iştirakı ilə koalisiya hökumətinin təşkil olunması və 3-cü partiyanın dəstəyi ilə hökumətdə iştirak etməməsini irəli sürüb.
Qılıçdaroğlu CNN Türklə müsahibədə deyib: Türkiyə dərhal seçkilər atmosferindən çıxmalıdır. Siyasi partiyaların liderləri xoşməramlılığı əks etdirməlidirlər. Türkiyə hökumətsiz qalmamalıdır. Təkpartiyalı hökumət Türkiyənin problemlərinin həllində uğurlu olmadı və hazırda Türkiyə xalqı siyasi partiyalar arasında anlaşmanı istəyir. Lakin bu anlaşmada Ədalət və İnkişaf partiyasının yeri yoxdur.

Teqlər