1900 sionist müharibədən qaçdığı üçün cəzalandırılıb
İyun 11, 2015 13:08 Asia/Baku
Sionsit rejim ordusunun statistikalarına əsasən, təkcə ötən ildə 1900 sionist ordudan qaçıb və 2700 nəfər də bildirib ki, orduda xidmət etməyəcəkdir.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, sionist Yadiut Aharnut qəzeti ifşa edib ki, İsrailin hərbi təcridxanalarının dolu olduğuna görə, orduda xidmətdən qaçan bir çox sionistin həbsxanada olduğu hesab olunur.Bu məlumata görə, sionist rejim orduda xidmətdən yayınan sionistlərin cəzalarının sərtləşdirilməsi ardıncadır. Bu arada sionist dairələr bildiriblər ki, son vaxtlar İsrailin həbsxanalar idarəsinin müxtəlif sektorlarında işləyən 3 hərbçi intihar edib.
Bir neçə ay öncə də sionist medialar bildirmişdilər ki, 2014-cü ildə bu rejim hərbçləri arasında intihar halları iki dəfə artıb.
Sionist rejimin Qəzzə zolağına qarşı 50 günlük müharibəsindən sonra sionist hərbçilər arasında intihar halları artıb. Bu məsələ sionist başçıların nigaranlığına səbəb olmuşdur. Bu müharibədə təxminən 67 sionist hərbçi də Fələstin Müqavimət qüvvələri tərəfindən öldürülüb.