Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilə bilər
İyun 11, 2015 13:09 Asia/Baku
Türkiyə baş naziri bu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkün olduğunu bildirib.
Əhməd Davudoğlu vəd etmişdi ki, əgər partiyası yəni Ədalət və İnkişaf Partiyası parlament seçkilərində məğlub olarsa, öz vəzifəsindən istefa edəcək.Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əhməd Davudoğlu əl-Cəzirə telekanalına verdiyi eksklüziv müsahibədə deyib: Xalqı istehsa və boykot etmək olmaz. Xalqın iradəsi barədə mübahisə etmək olmaz. Düzü odur ki, xalqın iradəsinin nəticəsi qəbul olunsun.
Davudoğlu AKP-nin parlament seçkilərində əksər səsləri əldə etməkdə məğlub olduğunu qəbul edərək deyib: AKP-nin səslərinin azalması səbəb olur ki, biz öz funksiyamıza yenidən baxaq və öhdəmizə götürdüyümüzü yerinə yetirək.
Davudoğlu bildirib: AKP Türkiyəni hökumətsiz qoymayacaq və hakimiyyətin hazırlığı vardır ki, əgər koalisiya hökumətin təşkil olunması problemlə üzləşərsə, bir daha xalqa müraciət olunsun və seçkilər keçirilsin.
"Hazırda növbədənkənar seçkilər ssenarisindən danışmaq və formal koalisiya hökumətini təşkil etmək düzgün deyildir. Mən sədaqətlə bütün vəzifəmi yerinə yetirəcəyəm, bütün səyimi göstərəcəyəm və hamı ilə görüşəcəyəm. Lakin əgər nəticəyə çatmazsaq, ölkəni müvəqqəti hökumətlə idarə etmək olmaz və parlamentin qapıları bağlı qalmayacaqdır" -deyə Davudoğlu bildirib.
Davudoğlu deyib: Biz hazırda Türkiyənin öncələr şahidi olduğu repressiya və çevrilişlər dövründə deyilik. Elə buna görə, hazırlığımız vardır ki, bir daha xalqa müraciət edək və xalqdan yenidən seçim və göstərişi alaq.