Bəhreynlilər Şeyx Əli Salmana dəstək aksiyası keçirdilər
İyun 15, 2015 13:37 Asia/Baku
-
Bəhreynlilər Şeyx Əli Salmana dəstək aksiyası keçirdilər
Bəhreyn vətəndaşları bir daha bu ölkənin Milli Birliyi İslam Cəmiyyətinin baş katibinə dəstək istiqamətində aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının Soutul-Manama-ya istinadla verdiyi məlumata görə, Bəhreynin əl-Bilad əl-Qədim məntəqəsinin sakinləri bazar günü son günlərdə neçənci dəfə olaraq Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmana dəstək istiqamətində aksiya keçirərək, onun və bu ölkənin bütün siyasi məhbuslarının azad olunmalarını vurğulayıblar.Aksiyaçılar Ali-Xəlifə rejiminin Bəhreyn xalqı əleyhinə cinayətlərinə etiraz olaraq şüarlar səsləndirib və tələbləri reallaşana qədər öz dinc inqilablarının davam etməsini vurğulayıblar.
Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələri də Şeyx Salmana ictimai dəstəyə reaksiyada rezin güllələr və gözyaşardıcı qazlardan istifadə edərək aksiyanı yatırıblar.
Bu arada Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibinin müavini Şeyx Fazil əl-Zaki Ali-Xəlifə rejiminin xalqın inqilabı qarşısındakı acizliyini vurğulayaraq deyib: Şeyx Əli Salman həmişə bu etirazların dinc olması, bu ölkədə vəhdətin qorunması və milli danışıqların tərəfdarı olub.
Əl-Zaki Bəhreyn inqilabının məqsədini xalqın mənafeyi adlandırıb və deyib: Siyasi və dini rəhbərlərin Ali-Xəlifə rejimi tərəfindən həbs olunması Bəhreyn azadlıqsevərlərini inqilab amalları və məqsədlərindən uzaqlaşdıra bilməz.