ABŞ əl-Ənbar sünni qəbilələrin 10 min qüvvəsini silahlandırmaq istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194906-abŞ_əl_Ənbar_sünni_qəbilələrin_10_min_qüvvəsini_silahlandırmaq_istəyir
İraq parlament sədrinin sözçüsü İraqın qərbində yerləşən əl-Anbar vilayətində sünni qəbilələrin 10 min qüvvəsinin silahlandırılması üzrə razılığın olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 03:53 Asia/Baku
  • ABŞ əl-Ənbar sünni qəbilələrin 10 min qüvvəsini silahlandırmaq istəyir
    ABŞ əl-Ənbar sünni qəbilələrin 10 min qüvvəsini silahlandırmaq istəyir

İraq parlament sədrinin sözçüsü İraqın qərbində yerləşən əl-Anbar vilayətində sünni qəbilələrin 10 min qüvvəsinin silahlandırılması üzrə razılığın olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq parlament sədrinin sözçüsü İmad əl-Xəfaçi bazar ertəsi günü deyib: ABŞ-da səfərdə olan İraq parlament sədri Səlim əl-Cəburi əl-Anbar vilayətinin bəzi qəbilələrinin başçıları ilə telefon söhbətində İŞİD-lə döyüşmək üçün 10 min köçərin qüvvəyə təlim keçilməsi və onların silahlandırılması üçün Amerika ilə razılaşmanı onların diqqətinə çatdırıb.
Əl-Xəfaçinin sözlərinə görə, köçəri qüvvələr Ər-Rəmadinin şərqində Həbaniyyə bazasında təlim keçəcəklər və eyni zamanda onların silahlandırılması İraqın mərkəzi hökumətinin koordinasiyası ilə olacaq.