İyun 16, 2015 08:28 Asia/Baku
  • Suriyanın parçalanması məkrli plan barədə xəbərdarlıq
    Suriyanın parçalanması məkrli plan barədə xəbərdarlıq

Suriya baş naziri bu ölkəyə qarşı separatçı və təfriqə xarakterli məkrli planlar barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Suriya baş naziri Vail əl-Həlqi bəzi regional və beynəlxalq tərəflərin digər qruplar qarşısında bir suriyalı qrupu dəstəkləmələri və bu ölkəni parçalamaq üçün bu məsələdən faydalanmalarına toxunaraq deyib: Bu məkrli plan Həskədən başlamalı və sonra isə digər vilayətlərdə icra olunmalı idi. Lakin Suriya xalqının birliyi ilə məğlubiyyətə uğradı.
Əl-Həlqi əl-Həskə vilayətinin genişlənməsi istiqamətində müxtəlif layihələrin icrası və terrorizmlə mübarizənin davam etdirilməsi üçün onlarla milyon dolllar vəsaitin ayrılmasını vurğulayıb.

Teqlər