İyun 16, 2015 09:18 Asia/Baku
  • Şeyx Əli Salman barədə qərarın verilməsi üzrə məhkəmə iclası
    Şeyx Əli Salman barədə qərarın verilməsi üzrə məhkəmə iclası

Bəhreyn məhkəməsi Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman barədə qərarın verilməsi üçün bu gün yeni iclas keçirəcək.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadlı məlumatına görə, bu məhkəmə iclası ilə yanaşı son günlərdə Şeyx Əli Salmana dəstək üzrə Bəhreyn vətəndaşlarının aksiyaları ən yüksək həddə çatıb.
Beynəlxalq Amnistiya Təşkilatı ötən gün bir bəyanatda Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın Ali-Xəlifə həbsxanasından azad olunmasını istəyib.
Beynəlxalq Amnistiya Təşkilatı Şeyx Salmanı yalnız dinc şəkildə öz fikirlərini bildirdiyi üçün həbs olunan siyasi məhbus adlandırıb.
Bu bəyanatda bildirilib: Şeyx Əli Salmanın həbsi və mühakiməsi öz fikirlərini azad şəkildə bildirmək üçün onun hüququnun açıq-aşkar pozulması və Bəhreyn rəsmilərinin siyasi müxalifləri repressiya etmək və hökuməti tənqid edən səsləri susdurmaq siyasətinin davam etdiyini göstərir.

Teqlər