İyun 17, 2015 18:33 Asia/Baku
  • Şeyx Əli Salman Bəhreynin Cəvv həbsxanasından müraciət göndərdi
    Şeyx Əli Salman Bəhreynin Cəvv həbsxanasından müraciət göndərdi

Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi bu ölkə xalqını Ali-Xəlifə rejiminə qarşı dinc mübarizəni davam etdirməyə çağırıb.

Səhər Beynəlxalq Televiziyasının Bəhreynin əl-Loulou telekanalına istinadla verdiyi məlumata görə, Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman Cəvv həbsxanasından "xalq üçün müraciət" adlı müraciət göndərərək Bəhreyn xalqını Ali-Xəlifə rejiminə qarşı dinc mübarizəyə çağırıb və tələbləri reallaşana qədər heç bir səyi əsirgəməmələrini istəyib.
Şeyx Əli Salman bu müraciətdə Bəhreyn xalqına xitabən öz amallarının reallaşması üçün vətəndaşların bütün səylərini göstərmələrini istəyərək bildirib: Bəhreyn xalqı bütün mövcud imkanlarda istifadə edərk amallarının reallaşması üçün dünyanı Bəhreyndəki reallıqlarla bağlı məlumatlandırmalıdır.
Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi azadlıq, ədalət və demokratiyanın reallaşması üçün vətəndaşların müqavimətini davam etdirmələrinin vacibliyini bəyan edərək xatırladıb: Qələbə Bəhreyn xalqı ilədir və Ali-Xəlifə rejiminin məhvinə o qədər zaman qalmayıb.
Manama məhkəməsi çərşənbə axşamı günü Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı 4 il həbsə məhkum edib.
Bəhreyn xalqı 2011-ci ildən bu ölkədə siyasi və ictimai islahatların aparılmasını istəyir. Lakin Ali-Xəlifə rejimi Ərəbistanın köməyi ilə bəhreynlilərin dinc etirazlarını yatırır, müxalifləri edam, həbs və yaxud vətəndaşlıqdan məhrum edir.

Teqlər