İŞİD Suriyanın tarixi əşyalarını qarət edib, satmaqla gəlir əldə edir
İyun 18, 2015 12:31 Asia/Baku
-
İŞİD Suriyanın tarixi əşyalarını satmaqla gəlir əldə edir
İngiltərə mediaları ifşa ediblər ki, İŞİD Suriyanın onminillik tarixi əşyalarının hər birini bir milyon dollara satır.
Səhər kanalının məlumatına görə, Dayli Mail qəzeti yazıb ki, İŞİD qaçaqçıları Suriyanın onminillik tarixi əşyalarının hər birini bir milyon dollara satırlar. Bu gediş bu terror qrupunun gəlirinin ildə milyardlarla dollara çatmasına səbəb olub. İŞİD qaçaqçıları oğurladıqları əşyaları avtomobillə Suriyadan Livan və Türkiyəyə aparırlar. Orada vasitəçilər Skype ilə əşyaları nümayiş etdirirlər. Sonra dəllallar onları Avropada və Fars Körfəzi ətrafında yerləşən ərəb ölkələrindəki əntiqə əşyalar satanlara sata bilərlər. Onlar da bu əşyaları gizli muzeylərdə göstərirlər.Qəzetin internet portalı həmçinin Suriyanın Həmah şəhərindəki bir muzeydən oğurlanmış qızıl üzlüklü bürünc heykəlin şəkilini yayıb.
Qəzet iddia edir ki, İŞİD-çilər bu iş üçün qaçaqçı və dəllal şəbəkəsindən istifadə edirlər. Qəzetin yazdığına görə, bahalı əşyalar avropalılıarın sifarişi ilə xaricə ötürülür. Bu əşyaların bəziləri də Türkiyə və Livanda satışa çıxarılır.