Ali-Xəlifə qüvvələri Sitrə adasında aksiya iştirakçıları ilə toqquşublar
İyun 19, 2015 17:17 Asia/Baku
-
Ali-Xəlifə qüvvələri Sitrə adasında aksiya iştirakçıları ilə toqquşublar
Bəhreynin təhlükəsizlik qüvvələri Sitrə adasında aksiya iştirakçılarına hücum ediblər.
İraqın Bərasa informasiya agentliyinin verdiyi məlumata görə, onlarla inqilabçı gənc Bəhreynin Sitrə adasında bu gün, cümə Ali-Xəlifə rejiminin repressiyalarına etiraz olaraq aksiya keçirib və adanın mərkəzində yerləşən Ali-Xəlifə qüvvələri ilə toqquşublar.Ali-Xəlifə rejiminə bağlı qüvvələr aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazlardan istifadə ediblər. Təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına qarşı istifadə etdiyi gözyaşardıcı qaz o qədər çox olub ki, məntəqənin üzərində iri duman yaranıb.
Sitrə adası ötən 4 ildə Ali-Xəlifə rejiminə qarşı ən çox etirazların şahidi olub və Bəhreyndə xalq etirazlarında ən çox insan itkisi də elə bu adaya aiddir.