İyun 22, 2015 13:17 Asia/Baku
  • Bəhreyn xalqı Ali-Xəlifə diktaturasına qarşı aksiya keçirib
    Bəhreyn xalqı Ali-Xəlifə diktaturasına qarşı aksiya keçirib

Bəhreyn xalqı ölkənin müxtəlif məntəqələrində Ali-Xəlifə diktaturasına qarşı etiraz aksiyaları təşkil edib.

PressTV-nin məlumatına görə, bazar günü Bəhreynin müxtəlif məntəqələri Ali-Xəlifə rejiminə qarşı geniş xalq etirazlarının şahidi olub. Aksiy aiştirakçıları Ali-Xəlifə diktaturası əleyhinə şüarlar verərək, siyasi məhbuslara azadlıq tələb ediblər.
Paytaxt Manama, Sitrə adası və Tubla şəhərində keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri gözyaşardıcı qazlar və rezin güllələrdən istifadə edərək, aksiya iştirakçılarına qarşı güc tətbiq ediblər.
Bəhreynin inqilabçı xalqı demək olar ki, hər gün milli-islami əl-Vifaq cəmiyyətinin həbsdə olan Şeyx Əli Salmanı himayə üzrə aksiya keçirir və bu etiraz aksiyaları davamlı olaraq Ali-Xəlifə rejiminə bağlı qüvvələrin zorakılığına məruz qalır.
Bəhreyn məhkəməsi ötən həftə Şeyx Əli Salman haqda çıxartdığı qərarda onu 4 il həbsə məhkum edib.
Bəhreyn 2011-ci ildən hakim rejim əleyhinə xalq etirazlarının şahididir. Bəhreyn xalqı ölkədə siyasi islahatların aparılmasını , qanuni hökumətin yaradılmasını, azad seçkilərin keçirilməsini və etnik-məzhəbi ayrı-seçkiliklərə son qoyulmasını istəyir.

Teqlər