İyun 23, 2015 14:54 Asia/Baku
  • Ramazan ayında Bəhreyndə 13 nəfər həbs edilib
    Ramazan ayında Bəhreyndə 13 nəfər həbs edilib

Ali-Xəlifə rejimi qüvvələri mübarək Ramazan ayında bir qrup insanı həbs ediblər.

Əl-Aləm kanalının məlumatına görə, Bəhreynin təhlükəsizlik qüvvələri Diraz, Dir, Ali və Diyə məntəqələrində 13 nəfəri o cümlədən bir neçə uşağı həbs ediblər.
14 Fevral inqilabçı gənclər koalisiyası bu hücumlarda məqsədin Bəhreyn xalqının müqavimətindən intiqam almaq adlandırıb və bildirib: Diktatura boyunduruğundan xilas olmaq qərarına gəlmiş xalqa qarşı repressiya siyasətinin yürüdülməsinin heç bir faydası olmayacaq.
Bəhreyn 2011-ci ildən indiyə kimi xalq etirazlarının şahididir. Xalq ölkədə siyasi islahatların aparılmasını, qanun hökumətin formalaşmasını, azad seçkilərin keçirilməsini və etnik-məzhəbi ayrı-seçkiliyə son qoyulmasını istəyir.

Teqlər