İyun 23, 2015 19:20 Asia/Baku
  • Suriyada təhlükəsizliyin bərqərar edilməsi üzrə səylər davam edir
    Suriyada təhlükəsizliyin bərqərar edilməsi üzrə səylər davam edir

Suriya ordusunun Livan Hizbullahının dəstəyi ilə ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsi üzrə səyləri davam edir.

Fars Xəbər Agentliyinin məlumatına görə, Suriya ordusu və Livan Hizbullahı müqavimət qüvvələri bu gün Qələmun məntəqəsinin şimal-qərb yüksəkliklərində İŞİD terrorçularının mövqelərinə qarşı irəliləyərək, daha 5 kəndi terrorçulardan təmizləyiblər.
Bu əməliyyat zamanı çoxlu sayda terrorçu məhv edilib. Cəracir yüksəkliklərində gedən döyüşlər Qələmun məntəqəsinin işğaldan azad edilməsi əməliyyatının yekun mərhələsi sayılır. Bu mərhələnin başa çatması ilə Qələmun məntəqəsinin sadəcə şimal hissəsi terrorçuların nəzarəti altında qalmış olacaq.
Suriyada xalq qüvvələri də bu gün Rəzzə vilayətinin şimalında Əyn İsa şəhərini ələ keçiriblər. Suriya ordusunun hərbi bölmələri həmçinin, bir qrup İŞİD terrorçusunun Homs şəhərinin ətrafında yerləşən Mukəssir əl-Hisan qəsəbəsinə nüfuz etməsini önləyib. Bu zaman bir qrup terrorçu məhv edilib.
Suriyanın şərqində, Deyr əl-Zur məntəqəsində də ordu qüvvələri İŞİD terrorçularının Deyr əl-Zur hava limanı yaxınlığındakı mövqelərini hədəfə alıblar. Bir qrup terrorçu məhv edilib.
Bu arada təkfirçi-terrorçu İŞİD qruplaşması tarixi Palmira şəhərində iki dini məkanı dağıdıb.

Teqlər