Yəmənli qadınlar Ərəbistanın hücumlarına etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195157-yəmənli_qadınlar_Ərəbistanın_hücumlarına_etiraz_ediblər
Yəmənli qadınlar Ərəbistanın Yəmənə olan hücumlarına etiraz olaraq, aksiya keçirib, beynəlxalq ictimaiyyətdən Ərəbistanın cinayətlərinə son verməsini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2015 13:07 Asia/Baku
  • Yəmənli qadınlar Ərəbistanın hücumlarına etiraz ediblər
    Yəmənli qadınlar Ərəbistanın hücumlarına etiraz ediblər

Yəmənli qadınlar Ərəbistanın Yəmənə olan hücumlarına etiraz olaraq, aksiya keçirib, beynəlxalq ictimaiyyətdən Ərəbistanın cinayətlərinə son verməsini istəyiblər.

PressTV-nin məlumatına görə, Yəmənli qadınlar çərşənbə axşamı paytaxt Sənada aksiya keçirib, Ali-Səud rejiminin cinayətlərini pisləyiblər. Aksiya iştirakçıları həmçinin dünya ictimaiyyətindən istəyiblər ki, Ərəbistanın Yəməndə müharibə cinayəti törətdiyini rəsmən elan etsinlər.
Dünən Sənada, baş prokurorluq binası önündə keçirilən bu aksiyada Səudiyyəli cinayətkarların mühakimə edilməsinə təkid edilib.
Yəmənli aksiya iştirakçıları Yəmənə qarşı hücumda iştirak edən ABŞ, Ərəbistan və digər ölkələrə xitabən bildiriblər ki, təcavüzkarlardan qorxmurlar və əgər bu müharibədə yəmənlilər son nəfərə qədər qırğın edilsələr belə, müqavimət davam edəcək.