İyun 26, 2015 08:10 Asia/Baku
  • Suriya ordusu Hələbdə anti-terror əməliyyatını davam etdirir
    Suriya ordusu Hələbdə anti-terror əməliyyatını davam etdirir

Suriya ordusunun ölkənin şimal-qərbində yerləşən Hələb vilayətində həyata keçirdiyi anti-terror əməliyyatının davamında onlarla terrorçu ölüb və yaralanıb.

Suriya televiziyasının məlumatına görə, bu ölkə ordusu cümə axşamı Hələb şəhərinin ətrafında terrorçulara pusqu quraraq, Ənnüsrə Cəbhəsinin onlarla üzvünü öldürüb və onların təchizatlarına ciddi zərər və ziyanlar yetirib.
Hələbin ətrafında, Hava Qüvvələri Akademiyasının yaxınlığında, beynəlxalq əhəmiyyətli Rəqqə yolunun üzərində həyata keçirilən bu əməliyyat zamanı terrorçuların silah və hərbi sursat anbarı da məhv edilib.
Suriya ordusunun Dəra və Homs vilayətlərində terrorçuların mövqelərinə qarşı hücumlarında da terrorçular ağır itki veriblər.
Suriyanın qərbindən, Qələmun əməliyyat bölgəsindən də xəbərlər var. Suriya ordusu Livan Hizbullahı qüvvələrinin dəstəyi ilə sərhəd məntəqəsində yerləşən daha bir neçə yüksəkliyi terrorçulardan təmizləyərək, terrorçuları geri çəkilməyə məcbur edib.
Strateji əhəmiyyətli Qələmun məntəqəsinin terrorçulardan təmizlənməsi əməliyyatında indiyə kimi yüzlərlə terrorçu məhv edilib. Bu əməliyyat nəticəsində artıq Qələmun məntəqəsinin 90%-i Suriya ordusu və Livan hizbullahının nəzarəti altına keçib.

Teqlər