Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı aksiyaları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195314-bəhreyn_xalqının_ali_xəlifə_rejiminə_qarşı_aksiyaları_davam_edir
Bəhreyn xalqı bu ölkənin müxtəlif məntəqələrində aksiyalar keçirərək, Ali-Xəlifə rejiminin məhbəslərində saxlanılan siyasi məhbusların işgəncə edilmələrinin dayandırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2015 09:05 Asia/Baku
  • Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı aksiyaları davam edir
    Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı aksiyaları davam edir

Bəhreyn xalqı bu ölkənin müxtəlif məntəqələrində aksiyalar keçirərək, Ali-Xəlifə rejiminin məhbəslərində saxlanılan siyasi məhbusların işgəncə edilmələrinin dayandırılmasını istəyib.

Səhər kanalının məlumatına görə, Bəhreyn xalqı Ali-Xəlifə rejiminin məhbusların hüquqlarının pozulması ilə bağlı siyasətlərinə qarşı öz etirazlarının davamında dünən Əlvifaq islami cəmiyyətinin baş katibi Şeyx Əli Salman və yüz gün bundan öncədən aclıq keçirən Ali-Xəlifə rejiminin müxaliflərindən olan Əbdulcəlil Sənkisin azadlığını tələb edib.
Ali-Xəlifə rejiminin muzdurları da Bəhreynin müxtəlif məntəqələrində aksiyaçılara qarşı gözyaşardıcı qaz işlədərək, atəş açıblar.
Bəhreynin inqilabçı xalqı Ali-Xəlifə rejimi tərəfindən dörd il həbsə məhkum edilmiş Əlvifaq islami cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı himayə istiqamətində ardıcıl surətdə aksiyalar keçirir. Bu aksiyalar Ali-Xəlifə rejimi qüvvələrinin ərəbistanlı qüvvələrlə həmkarlığı ilə amansızcasına yatırdılır.
Digər tərəfdən, Əlvifaq islami cəmiyyətinin baş katibi Şeyx Əli Salman zindandan müraciət verərək, Küveytin İmam Sadiq(ə) məscidində törədilmiş terror partlayışı nəticəsində bir qrup şiənin həlak olması ilə əlaqədar bu ölkə xalqına başsağlığı verib.