İyul 02, 2015 15:35 Asia/Baku
  • Türkiyə vətəndaşları hökumətin siyasətlərinə etiraz etdilər
    Türkiyə vətəndaşları hökumətin siyasətlərinə etiraz etdilər

Türkiyənin Eskişehir və Antalya sakinlərindən bir qrupu bu ölkənin Suriya əleyhinə düşmənçilik siyasətlərini qınayaraq Türkiyə ordusunun Suriya ərazisində müdaxiləsini pisləyiblər.

Səhər Beynəlxalq Televiziyasının Doğan xəbər portalına istinadla verdiyi məlumata görə, HDP-nin Eskişehir tərəfdarları anti-müharibə aksiyası keçirərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumətin Suriya əleyhinə siyasətlərini pisləyiblər.
Antalya şəhərində də İyun Müəssisəsinin tərəfdarları "Müharibəyə yox deyirik" adı altında aksiya keçirərək Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsi planına qarşı şüar veriblər.
Etirazçılar Ankaranın Dəməşq əleyhinə düşmənçilik siyasətlərini pisləyərək deyiblər ki, insanlar müharibəyə qarşıdırlar və region xalqları ilə qardaşlığı istəyirlər.
Etirazçılar İŞİD terror qruplaşmasını qatil adlandırıb və Türkiyə hökumətinin terrorçular və suriyalı müxalif qruplarla əməkdaşlıqdan çəkinməsini istəyiblər.

Teqlər