Fələstinlilər İordan çayının qərb sahilindəki həbslərə etiraz ediblər
İyul 04, 2015 19:32 Asia/Baku
-
Fələstinlilər İordan çayının qərb sahilindəki həbslərə etiraz ediblər
Bir qrup fələstinli Fələstin Özünüidarə Təşkilatının İordan çayının qərb sahilində siyasi fəalların həbs olunmasına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, bir qrup fələstinli Fələstin İslami Müqavimət Hərəkatı Həmas və digər fələstinli qrupların Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik xidməti tərəfindən həbslərinin güclənməsinə etiraz edib və onu pisləyiblər.Bu məlumata görə, fələstinlilər Fələstin Özünüidarə Təşkilatının müqavimət proqramını dəstəkləməsini və sionist rejimlə təhlükəsizlik əməkdaşlığı siyasətinə son qoymasını istəyiblər.
Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsinin üzvü Mahmud Tuman bu etiraz toplantısında siyasi həbslərin aradan qaldırılması üçün fələstinli qrupları vəhdətə dəvət edərək Fələstin Özünüidarə Təşkilatından istəyib ki, bu həbslərdən əl çəksin.
Bu arada Fələstin Özünüidarə Təşkilatının Təhlükəsizlik Xidmətlərinin sözçüsü Adnan Zəmiri hədələyib ki, bu təşkilat Həmas hərəkatını dəstəkləyələri, fəalları və üzvlərinin həbsini davam etdirəcək.
Mahmud Abbasın başçılıq etdiyi Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik qüvvələri cümə axşamı və cümə günləri İordan çayının qərb sahilində Fələstin İslami Müqavimə Hərəkatının üzvü və tərəfdarlarından yüzdən çox şəxsi həbs ediblər.
Hazırda təxminən 7 min fələstinli sionist rejim həbsxanalarında dustaqdır. Həmçinin min fəal fələstinli də İordan çayının qərb sahilində Fələstin Özünüidarə Təşkilatının həbsxanalarındadır.