İyul 08, 2015 09:12 Asia/Baku
  • Bəhreyn rejiminin repressiyaları tənqid olundu
    Bəhreyn rejiminin repressiyaları tənqid olundu

Bəhreynin Milli-İslam Birliyi Cəmiyyəti bu ölkə rejiminin repressiyalarını tənqid atəşinə tutub.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Bəhreynin Milli-İslam Birliyi Cəmiyyəti bu ölkə rejimini 83 məscidin dağıdılmasında əli olmaqda suçlayıb və məscidlərin dağıdılması, partladılması və yeni hücumla bağlı istənilən hərəkətdə Bəhreyn rejiminin məsuliyyət daşıdığını bildirib.
Bəhreyn İnsan Haqları Mərkəzi Dini Azadlıqlar şöbəsinin müdiri Şeyx Meysəm əl-Salman məscidləri dağıdanların mühakimə olunması və Bəhreyndə faktaraşdırıcı müstəqil komitənin tövsiyələrinin gerçəkləşməsini istəyib. Belə ki, bu ölkədə təkfirçi və ekstremist qruplar güclənməsin.
O bildirib: Bəhreyndə təkfirçilərin mühakimə olunmaması ölkədə təkfirçi qrupların güclənməsinə səbəb olub.
Həmçinin Milli-İslam Birliyi Cəmiyyətinin baş katibinin müavini Şeyx Hüseyn əl-Deyhi ictimai azadlıqların məhdudlaşdırılması və ədalətsiz qərarlara yenidən baxılmasını istəyib.
Əl-Deyhi bu cəmiyyətin üzvü Məcid Miladın həbs olunmasını tənqid edib.

Teqlər