İraqın son hadisələri
İyul 13, 2015 20:02 Asia/Baku
Xəbərlər İraqın bir çox məntəqəsinin terrorçulardan təmizlənməsi üzrə İraq ordusunun və xalq qüvvələrinin əməliyyatlarının davam etməsindən söz açır.
Bu istiqamətdə İraqın təhlükəsizlik qüvvələri Ələnbar vilayətində böyük əməliyyata başlamaq üçün lazımi hazırlıqlar kəsb ediblər və on mindən çox iraqlı qüvvə əməliyyatın başlanması anını gözləyir.İraqdakı bəzi təhlükəsizlik qaynaqları bildiriblər ki, on min Əlhəşd Əlşəəbi və köçəri tayfa qüvvəsi təhlükəsizlik və hərbi qüvvələrlə yanaşı, Bağdaddan 65 kilometr qərbdə yerləşən Fəllucənin azad edilməsi əməliyyatına hazırlıq görür. Bu mənbələr deyiblər ki, Fəllucənin şərq, qərb və cənub mehvərlərinin təmizlənməsinin ardınca hazırda bu əməliyyata şərait yaranıbdır.
Digər məlumatlara görə, Əlhəşd Əlşəəbi qüvvələri Fəllucənin şimal mehvərində İŞİD-ə qarşı hücumlarını davam etdiriblər. Hərbi ekspertlər deyirlər ki, şimal mehvərinin təmizlənməsi ilə İŞİD-in Fəllucədə mühasirə halqası təqribən təkmilləşir və bu qrupun şəhərdən kənara olan bütün əlaqə yolları kəsiləcəkdir.