İyul 19, 2015 13:39 Asia/Baku
  • Bəhreyn rejimi müxaliflərə qarşı repressiyalarını davam etdirir
    Bəhreyn rejimi müxaliflərə qarşı repressiyalarını davam etdirir

Ali-Xəlifə rejiminə bağlı qüvvələr Bəhreynin "Vəd" cəmiyyətinin sabiq baş katibinə qarşı işgəncələri davam etdirirlər.

Livanın əl-Məyadin informasiya kanalının məlumatına görə, Bəhreynin Vəd cəiyyətinin məsul şəxslərindən olan Yusif Xacə bazar günü bildirib ki, Ali-Xəlifə rejiminə bağlı hərbçilər ötən həftə həbs edilən bu cəmiyyətin sabiq baş katibi İbrahim Şərifə qarşı işgəncələri davam etdirirlər.
Yusif Xacə əlavə edib: İbrahim Şərif son dərəcə soyuq olan birnəfərlik kamerada saxlanılır. Buna görə də onun sağlamlığı ciddi təhlükə altındadır.
Bəhreynin Vəd cəmiyyətinin sabiq baş katibi həbsdən azad edilməsindən 3 həftə sonra yenidən saxlanılıb və Bəhreyn prokurorluğu barəsində 15 gün həbs qərarı çıxardıb.
Bəhreynin İnsan Haqları cəmiyyətinin sədri Yusif Rəbiyinin dediyinə görə, 2011-ci ildə Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının başlandığı zamandan bəri 3586 nəfər Ali-Xəlifə rejiminin zindanlarında işgəncələrə məruz qalıb.

Teqlər