Türkiyə region ölkələrinə qarşı xarici fitnələrin icraçısıdır
Avq 05, 2015 05:17 Asia/Baku
-
Türkiyə region ölkələrinə qarşı xarici fitnələrin icraçısıdır
İraq məclisində qanun dövləti koalisiyasının nümayəndələri Türkiyəni İraqa və region ölkələrinə qarşı xarici fitnələrin icraçısı adlandırıb.
İraq məclisində qanun dövləti koalisiyasının nümayəndəsi Əhməd Əlbədiri Əlməlumə xəbər agentliyi ilə müsahibədə Ankaranın İraqda oynadığı mənfi rola toxunaraq, deyib: Türkiyə terrorçu qrupların ünsürlərinin İraq və Suriyaya daxil olmalarını asanlaşdırmaq və onlara maliyyə yardımları göstərməklə regionda xarici fitnələrin icrası istiqamətində hərəkət edir.Əlbədiri Türkiyənin hazırkı vəziyyətini Ankaranın terrorizm qarşısındakı siyasətinin nəticəsi adlandırıb və belə deyib: Bu gedişin davam etməsi Türkiyədə təhlükəsizlik problemlərinin şiddətlənməsinə səbəb olacaq.
İraq məclisində qanun dövləti koalisiyasının digər bir nümayəndəsi- İbtisam Əlhilali də Türkiyəni terrorizmi dəstəkləməkdə və terrorçuların maliyyə xərclərini təmin etməkdə ittiham edib və bildirib ki, Ankara terrorçuluğu himayəni davam etdirməklə İraq hakimiyyətini bu ölkə daxilindəki məntəqələrə qarşı hava hücumları yolu ilə pozubdur.
Teqlər