Avq 13, 2015 23:01 Asia/Baku
  • İraq
    İraq

İraqın baş naziri, İraq böhranı üçün yeganə çıxış yolu olaraq bu ölkənin parçalanmasını təklif edən ABŞ ordusu Baş Qərargah rəisinə kəskin reaksiya verib.

Əl-Məyadin informasiya kanalının məlumatına görə, İraqın baş naziri Heydər əl-İbadi ABŞ ordusu Baş Qərargah rəisi general Reymond Odirnonun İraqın parçalanması barədə dediklərinə cavab olaraq deyib: ABŞ ordusu Baş Qərargah rəisinin İraqın parçalanması ilə bağlı dedikləri tam məsuliyyətsizlik olmaqla yanaşı, onun İraq reallıqlarından xəbərsiz olması anlamına gəlir.
Odirno bu günkü mətbuat konfransında belə bir iddia ilə çıxış edərək, İraqda şiə və sünnilər arasında barışığın hər gün daha da çətinləşdiyini və bu ölkənin parçalanmasını məsələnin həlli üçün bəlkə də yeganə çıxış yolu adlandırıb.

Teqlər