Avq 15, 2015 13:15 Asia/Baku
  • Şeyx Əli Salman Bəhreyndə demokratik quruluşun təşkilini vurğulayıb
    Şeyx Əli Salman Bəhreyndə demokratik quruluşun təşkilini vurğulayıb

Bəhreyn Milli Birlik İslami Cəmiyyətinin baş katibi bu ölkədə demokratik quruluşun təşkilini vurğulayıb.

Təsnim xəbər agentliyinin məlumatına görə, Bəhreyn Milli Birlik İslami Cəmiyyəti bildirib ki, bu cəmiyyətin baş katibi Şeyx Əli Salman Bəhreynin avqustun 14-də istiqlaliyyət əldə etməsinin ildönümü günü münasibəti ilə vediyi müraciətdə vurğulayıb: Bəhreyn böhrandan çıxmaq üçün əsl demokratik quruluşa ehtiyaclıdır ki, onda dövlət xalq tərəfindən seçilmiş olsun.
Şeyx Əli Salman bu müraciətdə sonra bildirib: Bəhreyn əmin-aman və səbatlı bir ölkəyə çevrilməldir ki, onda bütün xalq öz övladları üçün daha yaxşı gələcəyi təmin etməkdən ötrü səy göstərmiş olsun.
Bəhreyn Milli Birlik İslami Cəmiyyətinin baş katibi bu ölkə xalqından istəyibdir ki, qüdrətin dinc ötürülməsinə və demokratik dövlətin təşkilnədək öz mübarizəsini davam etdirsin.
Ali-Xəlifə məhkəməsi cari milad ili iyunun 16-da Şeyx Əli Salmanı çaxnaşma salmaq ittihamı ilə dörd il həbsə məhkum etdi ki, bu hərəkət daxili, regional və beynəlxalq tənqidlər dalğası ilə üzləşibdir.
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırılmasından bəri xalq etirazları səhnəsidir.
Bəhreyn xalqı Ali-Xəlifə rejiminin repressiya siyasətinin dayandırılması, xalq hökumətinin yaradılması, siyasi islahatların aparılması və siyasi məhbusların azadlığa buraxılmalarını tələb edir.

Teqlər