Mosulda 15 yeniyetmə edam olunub
Avq 21, 2015 19:44 Asia/Baku
-
Mosulda 15 yeniyetmə edam olunub
Terrorçu İŞİD qrupu İraqın şimalındakı Mosul şəhərində bu qrupa üzv on beş yeniyetməni edam edib.
İraqın Əlsuməriyyə xəbər agentliyinin məlumatına görə, İraq Kürdüstanı Demokrat Partiyasının informasiya üzrə məsul şəxsi Səid Məmuzini cümə günü bildirib ki, İŞİD qrupu 13 yaşından 18 yaşınadək olan bu yeniyetmə üzvlərini Mosulun şimalındakı Səncar məntəqəsində döyüş meydanından qaçmaq səbəbindən qətlə yetirib.İŞİD gücdən istifadə edərək, yeniyetmələri bu qrupa üzv edir və onlara terror əməliyyatı üzrə təlim keçir.