Avq 30, 2015 12:54 Asia/Baku
  • Suriyanın Hələb şəhərində terror partlayışı
    Suriyanın Hələb şəhərində terror partlayışı

Terrorçu İŞİD qrupu tərəfindən Suriyanın Hələb şəhərinin ətrafında bomba qoyulmuş avtomobilin partladılması on beş nəfərin həyatına son qoyub.

Livanın Əlnəşrə xəbər portalının məlumatına görə, bir İŞİD terrorçusu bomba qoyulmuş avtomobillə Suriyanın şimalındakı Hələb şəhərinin ətrafında yerləşən yoxlama-buraxılış məntəqəsinə hücum edib; nəticədə on beş nəfər həlak olub, onlarla nəfər də yaralanıbdır.
İŞİD terrorçuları cümə günü də Hələb ətrafındakı Əbu Mərvan məntəqəsində bir yoxlama-buraxılış məntəqəsini hədəfə alıblar. Nəticədə bir ailənin altı üzvü həlak olub.
Həmçinin cümə günü Suriyanın Hums vilayətində bomba qoyulmuş bir avtomobilin partladılması nəticəsində iki nəfər ölüb, on dörd nəfər də yaralanıbdır.
Suriyalılara qarşı terror hərəkətləri elə bir şəraitdə edilir ki, Suriya ordusunun Hələbdəki son əməliyyatında azı 200 terrorçu öldürülüb.
Terrorçular Suriyanın ordusu və xalq qüvvələri qarşısındakı məğlubiyyətlərinə reaksiyada bu ölkədə mülkiləri hədəfə alırlar.

Teqlər