Yəmənin Həccə vilayətində 36 yəmənli şəhid olub
Avq 30, 2015 15:53 Asia/Baku
-
Yəmənin Həccə vilayətində 36 yəmənli şəhid olub
Ərəbistan qırıcılarının Yəmənin Həccə vilayətindəki Əbis məntəqəsinə qarşı hava hücumlarında 36 yəmənli şəhid olub.
Əlməsirə telekanalının məlumatına görə, Ərəbistan qırıcıları Yəmənin Həccə vilayətindəki Əbis məntəqəsini iyirmi dəfə bombalayıblar.Səudiyyə-amerikan təcavüzkar qırıcıları Yəmənə, xüsusən bu ölkənin şimal vilayətlərinə qarşı hava hücumlarını şiddətləndiriblər.
Səudiyyə-amerikan təcavüzkar qırıcılarının Yəmənə qarşı hücumlarının davam etməsinə rəğmən, yüz minlərlə yəmənli məktəbli bu ölkənin təhlükəsizlik şəraitini problemlə üzləşdirərək, yekun imtahanlarda iştirak etməyibdir.
Yəmənin ordu və xalq qüvvələri də Ali-Səudun təcavüzlərinə cavab olaraq, Ərəbistanın sərhəd Cizan və Nəcran məntəqələrində Ərəbistanın hərbi bazalarını onlarla raket və mərmi ilə hədəfə alıblar.