Okt 25, 2015 17:22 Asia/Baku
  • Ərəbistanın şiə ruhanisinin edam qərarı təsdiqlənib
    Ərəbistanın şiə ruhanisinin edam qərarı təsdiqlənib

Ərəbistanın tanınmış şiə ruhanisinə çıxarılan edam qərarı təsdiqlənib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ərəbistanın şiə ruhanisi Şeyx Nəmər Baqir əl-Nəmərin qardaşı Məhəmməd əl-Nəmər Təsnim İnformasiya Agentliyi ilə müsahibədə deyib: Ərəbistanın Apelyasiya və Ali Məhkəməsi Şeyx Nəmər Baqir əl-Nəmərə çıxarılan edam qərarını təsdiqləyib və icra qərarını krallıq ofisinə göndərib.
Şeyx Nəmər Baqir əl-Nəmərin qardaşı bu ərəbistanlı ruhaninin edam qərarının icrasının mənfi nəticələri barədə xəbərdarlıq edərək bildirib ki, Ərəbistan kralı Şeyx Nəmər Baqir əl-Nəmərin edam qərarını təsdiqlədiyi halda bu məsələ nəzarətdən çıxa biləcək mənfi nəticələr və reaksiyalara səbəb olacaq.
Səudiyyə Ərəbistanının daxili işlər naziri və vəliəhdi Məhəmməd Bin Naif bir qərar verib. Bu qərara əsasən Şeyx Nəmər Baqir əl-Nəmərin edam qərarının icrası öncədən xəbərdarlıq edilmədən mümkündür.
Ərəbistanı mübariz ruhani Şeyx Nəmər Baqir əl-Nəmərin qardaşıoğlu Əli əl-Nəmər də 2012-ci ildə 17 yaşında dinc etiraz aksiyalarında iştirak etmək ittihamı ilə həbs və edama məhkum olunub.

Teqlər