Ərəbistan və Qətər Əfqanıstanda vəhhabiliyi rəvac verməyə çalışırlar
Noy 11, 2015 13:01 Asia/Baku
-
Ərəbistan və Qətər Əfqanıstanda vəhhabiliyi rəvac verməyə çalışırlar
Əfqanıstan Şiə Din Alimləri Şurasının İcra Komitəsinin üzvü bu ölkədə terror qruplarının peyda olmasına toxunaraq, deyib ki, həmin ölkənin şiə və sünni müsəlmanları ifratçı qruplarla müxalifdirlər.
Təsnim xəbər agentliyinin məlumatına görə, Əfqanıstan Şiə Din Alimləri Şurasının İcra Komitəsinin üzvü və Dini Elmlər Hövzəsinin müəllimi Əli Təvəssoli bir müsahibədə deyib: Vəhhabilik Əfqanıstanın sünni əhli icmasına yaxınlaşmağa çox səy göstərməkdədir və Ərəbistan Kabildə vəhhabiliyin təlimi üzrə ən böyük mərkəzin təsisi üçün böyük sərmayə qoyubdur.O, əlavə edib: Terrorçu İŞİD qrupu sünnilərlə şiələr arasında təfriqə salmaq üçün Qərb tərəfindən formalaşıb və Əfqanıstandan bu terror ünsürlərinin digər məntəqələrə keçmələri üçün bir körpü kimi istifadə etmək niyyətindədir.