Noy 16, 2015 19:47 Asia/Baku
  • İraqın Sincar şəhərində beş kütləvi qəbir aşkarlanıb
    İraqın Sincar şəhərində beş kütləvi qəbir aşkarlanıb

İraqlı qüvvələr bu ölkənin şimalındakı Sincar şəhərində beş kütləvi qəbir aşkarlayıblar.

Sumarya Nyus-un məlumatına görə, İraq hərbçiləri bu ölkənin şimalındakı Sincar şəhərində iraqlı mülkilərə aid olan üç yüz cənazəyə malik beş kütləvi qəbir aşkarlayıblar.
Həmin mülkilər İŞİD terrorçuları tərəfindən öldürülüblər.
Bu beş kütləvi qəbirin aşkarlanmasından öncə Sincar şəhərində digər iki kütləvi qəbir aşkarlanmışdı.
Kürd peşmərgə qüvvələri PKK qüvvələrinin köməyi və İraq ordusunun hava himayəsi ilə cümə günü Sincar şəhərinə daxil ola və bu şəhəri İŞİD terrorçularından təmizləyə bildilər.
İŞİD terror qrupu 2014-cü ilin yayında İraqın şimalına hücum zamanı Sincar şəhərini işğal edərək, bu şəhərdə yezidi azlığından olan yüzlərlə nəfəri qətlə yetirdi və bir çox qız və qadını da cinsi qulluğa götürdü.

Teqlər