Qılıçdaroğlu: Türkiyənin Diyanət İşləri Nazirliyi terrorizmə qarşı rola malik olmalıdır
Noy 17, 2015 17:42 Asia/Baku
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri bildirib: Türkiyənin Diyanət İşləri Nazirliyi terrorizmlə mübarizədə rol oynaya bilər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Kamal Qılıçdaoğrlu Milliyyət qəzetinə verdiyi müsahibədə bu məsələni bildirərək Türkiyənin cümə namazı xütbələrində İŞİD terror qruplaşmasının pislənilməsini istəyib.O deyib: Bu məsələ Türkiyənin məscidləri və çıxışlarında açıqlanmalıdır ki, İŞİD-in törətdiyinin islamla əlaqəsi yoxdur.
CHP lideri Suriya barəsindəki suala cavabda Suriya barəsindəki Vyana iclasında çıxarılan qərarların çox əhəmiyyətli olduğunu vurğulayaraq deyib: Türkiyə Suriya barədə beynəlxalq konfransı keçirə bilərdi.
Qılıçdaroğlu xəbərdarlıq edib ki, Türkiyənin Suriyada təklikdə keçirəcəyi istənilən quru əməliyyatı intihar mənasında olacaqdır.