Noy 19, 2015 14:06 Asia/Baku
  • İŞİD başçıları İraqın qərbindən qaçır
    İŞİD başçıları İraqın qərbindən qaçır

İraqın qərbində, əl-Ənbar vilayətinin mərkəzində İŞİD terrorçularının mühasirəsinin daralması ilə İŞİD liderləri bu şəhəri tərk ediblər.

Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, əl-Ənbar vilayət şurasının üzvü Fərhan Məhəmməd deyib: İraqın təhlükəsizlik qüvvələri İŞİD terrorçularını Rəmadi şəhərinin mərkəzində mühasirəyə alıblar və mühasirə halqası getdikcə daha da daraldılır. Buna görə də bəzi İŞİD liderləri gizli keçidlər və ya tunellərdən istifadə edərək, şəhərdən qaçıblar.
Bəzi İŞİD liderləri də qadın libası ilə şəhərdən qaçıblar.
Digər tərəfdən əl-Ənbar vilayətində, əl-Bəğdadi məntəqəsi qəbilələrinin könüllü qüvvələrinə komandanlıq edən Maləllah Əbidi terrorçuların əl-Bəğdadi məntəqəsində bir yaşayış məntəqəsinə qarşı hücumunun önlənilməsindən xəbər verib.
Səlahəddin vilayətində də İŞİD terrorçuları təhlükəsizlik qüvvələrinin Samiranın şimal-qərbində 4 terrorçunu öldürmələrindən xəbər veriblər.
Həmçinin, Tikritin qərbində Xəttül-Layn məntəqəsinin azad edilməsi üzrə əməliyyatın başlanmasının ardınca təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçuları arasında toqquşmalar baş verib.
Könüllü xalq qüvvələri isə İŞİD terrorçularının Səlahəddin vilayətində bu qüvvələrin qərargahına qarşı bomba quraşdırılmış avtomobil ilə hücumunu önləyiblər.

Teqlər