Noy 20, 2015 16:47 Asia/Baku
  • İraq
    İraq "Ərbəin" zəvvarlarını qarşılamağa hazırdır

İraqın daxili işlər naziri ölkəsinin "Ərbəin" zəvvarlarını qarşılamağa hazır olduğunu deyib.

İRNA-nın məlumatına görə, Məhəmməd Salim əl-Ğəban cümə günü İraqın İran ilə sərhəd keçid məntəqələrinə baxış keçirərkən deyib: Sərhəd infrastrukturlarının təkmilləşdirilməsi işləri proqram əsasında həyata keçirilir.
Məhəmməd Salim əl-Ğəban "Ərbəin" mərasiminin daha yaxşı keçirilməsi üçün İranın İraqa olan yardım proqramları barədə də deyib: İndiyə kimi bu xüsusda İran tərəfi xeyli səylər həyata keçirib və iki ölkənin daxili və xarici işlər nazirlikləri arasında yaxşı əməkdaşlıqlar mövcuddur.
İraqın daxili işlər naziri ötən iki gün ərzində İranın Bağdaddakı səfiri Həsən Danayifər və iki ölkənin bir qrup sərhəd rəsmiləri ilə birlikdə sərhəd keçid məntəqələrinə baxış keçirib.
İran - İraq sərhəd məntəqələri hər il milyonlarla iranlı və xarici zəvvarın gediş-gəlişinə şahidlik edir.
Dekabrın 2-si İmam Hüseyn(ə)-ın şəhid edilməsinin qırxıncı günü olan "Ərbəin" gününə təsadüf edir.

Teqlər