Noy 29, 2015 13:59 Asia/Baku
  • Yəmənli həkimlər xəstəxanaların bombardman edilməsinə etiraz ediblər
    Yəmənli həkimlər xəstəxanaların bombardman edilməsinə etiraz ediblər

Yəmənin qərbində yerləşən Məhvit vilayətinin həkimləri xəstəxanaların bombardman edilməsinin ardınca etiraz aksiyası keçiriblər.

Yəmənin Səba xəbər agentliyi bu gün bildirib ki, Məhvit vilayəti həkimləri Ərəbistanın bu vilayətdəki xəstəxanaları davamlı şəkildə bombardman etməsinə etiraz olaraq, aksiya keçiriblər.
Yəmənin Həkimlər Birliyi də bir bəyanat yayaraq, bildirib ki, hətta xəstəxanalar belə Ərəbistanın hücumlarından amanda qalmır.
Məhvitdə keçirilən etiraz aksiyasında həkimlər Yəmən xalqının kütləvi şəkildə qırğın edilməsinə son verilməsini istəyiblər.

Teqlər