Ərəbistanın şərqində aksiya
Dek 05, 2015 10:23 Asia/Baku
-
Ərəbistanın şərqində aksiya
Ərəbistan xalqı bu ölkə hökmranlarının qanunsuz hərəkətlərinə etiraz olaraq, aksiya keçirib.
Frans-Press-in məlumatına görə, Ərəbistanın şərq sakinlərindən yüzlərlə nəfər cümə günü ötən bir həftədə ikinci dəfə olaraq, Ərəbistanda tanınmış şiə ruhani Şeyx Nimr Baqir Əl-Nimrə və digər siyasi fəallara qarşı edam hökmünə etiraz olaraq, aksiya keçirib.Ərəbistan hökuməti keçən həftə siyasi müxaliflərin əlli nəfərindən çoxuna qarşı edam hökmünün verilməsindən xəbər verib.
BMT bir bəyanatda Ərəbistanda əllidən çox məhbusun edam olunacağından nigaranlıq edib.
Beynəlxalq Amnistiya Təşkilatının bildirişinə əsasən, bu il Ərəbistanda yüz əlli bir nəfər edam olunub.