Dek 11, 2015 11:04 Asia/Baku
  • Fələstinli qruplar Qəzəb Cüməsi aksiyalarında iştiraka çağırdılar
    Fələstinli qruplar Qəzəb Cüməsi aksiyalarında iştiraka çağırdılar

Fələstinin Milli və İslam qrupları fələstinliləri "Qəzəb Cüməsi" aksiyalarında iştiraka çağırıblar.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, Fələstin Milli və İslam qrupları və gənclər koalisiyaları İordan çayının qərb sahilindəki şəhər və kəndlərdə "Qəzəb Cüməsi" şüarı ilə keçiriləcək bugünkü aksiyalarda fələstinlilərin irimiqyaslı iştirakı üçün çağırış ediblər.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas İordan çayının qərb sahilində əl-Xəlil şəhərində bir bəyanat verərək fələstinlilərin bu aksiyalarda iştiraka səsləyib.

Bu bəyanatda bildirilib: Bu aksiyalar Qüds İntifazəsinə dəstək, həmçinin Fələstin İslami Müqavimət Hərəkatı Həmasın təsis olunmasının ildönümü məqsədilə keçirilir.

Fələstinin Milli və İslam qrupları İordan çayının qərb sahilində Ramullahda da bütün fələstinlilərin bu aksiyalarda iştiraka çağırıblar.

Teqlər