Livan Hizbullahı Səmir Qəntarın şəhid olması xəbərini təsdiq etdi
Dek 20, 2015 12:07 Asia/Baku
-
Livan Hizbullahı Səmir Qəntarın şəhid olması xəbərini təsdiq etdi
Livan Hizbullahı İsrail rejiminin Dəməşqin cənubuna olan hava hücumları zamanı bu təşkilatın üzvlərindən birinin şəhid olması xəbərini təsdiq edib.
İRNA-nın məlumatına görə, Livan Hizbullahı bu gün bir bəyanat yayaraq, bildirib ki, şənbə günü axşam İsrail qırıcılarının Dəməşqin cənubunda yerləşən Cərmana şəhərinə olan hücumları zamanı Livan Hizbullahının komandanlarından olan Səmir Qəntar şəhid olub.
Səmir Qəntar sionist rejimin ən qədim Livanlı əsiri idi. O, təqribən 30 ilə İsrailin əsiri olduqdan sonra, 2008-ci ildə Hizbullah ilə İsrail rejimi arasında həyata keçirilən əsirlərin mübadiləsi zamanı azad edilmişdi.
Bundan öncə sionist rejim bir neçə dəfə Səmir Qəntarı terror etməyə cəhd göstərsə də, buna nail ola bilməmişdi.