Bəhreyn məhkəməsi daha 5 nəfəri ömürlük həbsə məhkum etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201114-bəhreyn_məhkəməsi_daha_5_nəfəri_ömürlük_həbsə_məhkum_etdi
Bəhreyndə insan haqlarının pozulmasının davamında, Ali-Xəlifə rejiminə bağlı məhkəmə daha 5 nəfəri ömürlük həbsə məhkum etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2015 08:56 Asia/Baku
  • Bəhreyn məhkəməsi daha 5 nəfəri ömürlük həbsə məhkum etdi
    Bəhreyn məhkəməsi daha 5 nəfəri ömürlük həbsə məhkum etdi

Bəhreyndə insan haqlarının pozulmasının davamında, Ali-Xəlifə rejiminə bağlı məhkəmə daha 5 nəfəri ömürlük həbsə məhkum etdi.

Mərratül-Bəhreyn informasiya portalının verdiyi məlumata görə, Bəhreyn məhkəməsi bu ölkə vətəndaşlarından 5-ni partlayıcı maddələr düzəltmək, saxlamaq və istifadə etmək ittihamı ilə ömürlük həbsə məhkum edib.

İnsan Haqlarına Nəzarət Təşkilatı bir hesabatda bildirib ki, bu müttəhimlərdən etiraf allmaq üçün onlara işgəncə verilib.

Bəhreyn xalqı 2011-ci ildən bəri ölkədə siyasi islahatların aparılması və demokratik bir quruluşun formalaşması tələbi ilə etirazlara başlayıb. Ali-Xəlifə rejimi isə xalqın haqlı tələblərini güc tətbiq edərək, susdurmağa çalışır.