Dek 30, 2015 11:23 Asia/Baku
  • Ərəbistanın büdcə kəsiri; Səudiyyə rejiminin yanlış siyasətlərinin nəticəsi
    Ərəbistanın büdcə kəsiri; Səudiyyə rejiminin yanlış siyasətlərinin nəticəsi

Livanlı beynəlxalq məsələlər üzrə ekspert deyib: Ərəbistanın Yəmənə hərbi hücumu və beynəlxalq bazarlarda neftin qiymətinin ucuzlaşması Ərəbistanın iqtisadi böhranının əsas amillərindəndir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Corc Ələm Ərəbistanın 2015-ci il büdcəsində 98 milyard dollarlıq büdcə kəsirinə toxunaraq Səudiyyə rejimini dünyadakı neftin qiymətinin ucuzlaşmasının əsas səbəbkarı adlandırıb və xatırladıb: Ərəbistanda enerji daşıyıcılarındakı güzəştlərin azalması və onun qiymətinin ardması bu ölkədə büdcə kəsirinə cavab verməyəcək.

Ərəbistan dünyanın neft nəhəngi olaraq neft bazarlarını siyasiləşdirdiyinə görə, neftin qiymətinin ucuzlaşmasının əsas səbəbkarı olmuş və sonda analoqu olmayan büdcə kəsiri ilə üzləşmişdir.

Ərəbistan hökuməti bazar ertəsi günü bildirib ki, analoqu olmayan büdcə kəsirinin əvəzini çıxmaq üçün yanacaq güzəştləri qaydalarında dəyişiklik edərək elektrik, su, dizel və digər neft məmulatlarına şamil olan enerji daşıyıcılarının qiymətini ən azı 50% bahalaşdıracaq.

Teqlər